Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair maarifləndirici tədbir keçirilib

0

  •        Azərbaycan
    Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə təsdiq
    edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə
    dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası ilə bağlı görülən işlər çərçivəsində aprel ayının 22.04.2019-cu il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatlığı ilə rayon sakinlərinin müvəqqəti
    məskunlaşdıqları Aşağı Ağcakənd qəsəbəsində “Qeyri-infeksion xəstəliklərin yükü
    və mübarizə strategiyaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Tədbirdə
    qeyri-infeksion xəstəliklərin tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma
    kimi risk faktorları ilə bağlı olduğu qeyd olunub. Tütündən, spirtli içkilərdən
    sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik kimi əsas risk amilləri
    nəticəsində yaranan qeyri-infeksion xəstəliklər əksər ölkələrdə olduğu kimi Azərbaycanda
    da vaxtsız ölümlərin əsas səbəbi olduğu diqqətə çatdırılıb. Gənclərə sağlamlıqlarına
    daha məsuliyyətlə yanaşmağı tövsiyə edən natiqlər onları zərərli vərdişlərdən
    uzaq olmağa səsləyib.

    Qeyd edək
    ki, tədbirlər çərçivəsində ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi
    təsiri barədə maarifləndirici stendlər yerləşdirilmişdir.

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib39 dəfə
    Qeyri infeksion xəstəliklərlə mübarizəyə dair maarifləndirici tədbir keçirilib

    Maraqlı gələ bilər
    0
    39